Qeyri-iş günlərində Bakı-Sumqayıt qatarı bu qrafiklə hərəkət edəcək

Abşeron dairəvi marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt) 14 və 16 iyun tarixlərində şənbə, 15 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Qeyd edək ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Həmin tarix bazar gününə təsadüf etdiyinə görə, Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.
17:03 11.06.2025
Oxunuş sayı: 999