Allahşükür Paşazadə Paşinyanın yuxusuna girir: Medinskinin mübahisəli açıqlaması nəyə işarə idi?

Ermənistanda baş nazir Nikol
Paşinyanla Ermənistan katalikosu II Qaregin arasında problem böyüyür. Belə ki,
Paşinyan erməni Apostol Kilsəsinin rəhbərliyinin tam
şəkildə yenilənməsini tələb edir.
Müşahidəçilərin böyük narazılığına səbəb olan bir açıqlamada Paşinyan Katolikosu rahiblik andına – subaylıq və övlad sahibi olmamaq şərtinə – xilaf çıxmaqda və uşaq sahibi olmaqda ittiham edib. O, bu iddiasını isbatlamağa hazır olduğunu deyib.
Ermənistanın keçmiş deputatı Tatevik Hayrapetyan da məsələyə münasibət bildirib.
O deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) , bütün Qafqazın şeyxi Şeyxülislam
Allahşükür Paşazadə hər gecə Paşinyanın yuxusuna girərək ona həll yolları təklif edir.
Ermənistandakı daxili siyasi böhran barədə
Crossmedia.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib
ki, baş verənlər gələn il Ermənistanda keçiriləcək parlament və prezident
seçkiləri ilə bağlıdır: “Bununla əlaqədər olaraq iqtidarla müxalifət arasında gərginlik
artır. Paşinyan ictimaiyyətin dəstəyini qazanmağa çalışır. Əlbəttə, Rusiyanın
da proseslərdəki rolunu nəzərə almaq lazımdır. Rusiya Prezidenti Vladimir
Putinin köməkçisi Vladimir Medinskinin köməkçisinin bu yaxınlarda Qarabağı
mübahisəli ərazi adlandırması onların separatizmi dəstəklədiklərini göstərir.
Rusiya seçkilər ərəfəsində Ermənistan müxalifətini fəallaşdırır. Paşinyan da
buna müvafiq olaraq adekvat və preventiv addımlar atır”.
Kənan Novruzov
11:45 11.06.2025
Oxunuş sayı: 1226