DİN: Yabanı halda bitmiş 5 min ədəd çətənə kolu aşkar olunaraq məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 84 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Crossmedia.az-a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
12:02 07.06.2025
Oxunuş sayı: 792