Pasiyentin çılpaq videosunu paylaşan həkimə cinayət işi açıla bilər

Tibbi etika və insan hüquqları ilə bağlı ciddi pozuntu iddiası gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan görüntülərdə həkim olduğu bildirilən bir şəxsin pasiyentinin çılpaq görüntülərini paylaşdığı iddia edilir. Sözügedən hadisə cəmiyyətin geniş reaksiyasına səbəb olub və hüquq-mühafizə orqanları artıq araşdırmalara başlayıb.
Crossmedia.az xəbər verir ki, yayılan görüntülərlə bağlı hüquqi qiymət verilməsi məqsədilə müvafiq qurumlar məsələni nəzarətə götürüb. Mütəxəssislər bu halın həm cinayət məsuliyyəti, həm də peşə fəaliyyətinə ciddi təsir göstərə biləcəyini qeyd edirlər.
Müvəkkili Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirib: “Həkimin əməllərində şəxsi həyatın toxunulmazlıq hüququnu pozma cinayətinin tərkibi vardır. Əgər istintaq tərəfindən təqsiri sübuta yetirilərsə, iki il müddətində azadlıqdan məhrum edilə bilər.” O əlavə edib: “Eyni zamanda müəyyən müddətə həkimlik fəaliyyətinə də qadağa qoyula bilər.”
Hazırda araşdırmalar davam etdirilir və nəticələr ictimaiyyətə təqdim olunacaq.
Zəhra Ağayeva
16:19 05.06.2025
Oxunuş sayı: 3796