Bakı-Sumqayıt qatarlarının Qurban bayramı günlərindəki qrafiki açıqlanıb

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək.
Crossmedia.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, 8 iyunda isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcəklər.
16:10 03.06.2025
Oxunuş sayı: 1176