Paşinyanla kilsə arasında gərginlik artır

Ermənistanda Paşinyan hökuməti ilə Kilsə arasındakı qarşıdurma getdikcə kəskinləşir.
Crossmedia.az xəbər verir ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan terrorçu keşiş Baqratı təhqir edib və Baqratın öz dayısı arvadı ilə “çox səmimi” münasibətdə olduğunu bildirib.
Paşinyanın həyat yoldaşı, Anna Hakobyan isə keşişləri din adı altında maskalanmış pedofillər olduğunu qeyd edib.
Əgər “ən qədim dindar xalq”ın seçdiyi liderlə kilsəsi açıq müharibədədirsə, burada siyasi taktika yox, ideoloji çökmə var. Ermənistan “dövlətçiliyinin” saxta olduğunu bir daha sübut etdi.
Ermənistan cəmiyyətində baş verən böhranın miqyası bu hadisə ilə daha da arta bilər.
Kilsəni dəstəkləyən qüvvələr görünür Paşinyanı hədəf taxtasına yerləşdiriblər. Paşinyanın rəsmi platformasında belə bir bəyanatın yayılması, Ermənistan üçün rüsvayçılıqdan daha böyük bir hadisədir.
20:08 31.05.2025
Oxunuş sayı: 1692