Özbəkistan universitetlərinin Bakı sərgisindəki fəal iştirakına görə könüllülərə sertifikat verilib






Bu ilin may ayında “İngla School Baku”nun təşkilatçılığı ilə Özbəkistanın 15-ə qədər nüfuzlu ali təhsil müəssisəsinin nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Səfər çərçivəsində “İngla School Baku”nun təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil olunan təhsil sərgisində Özbəkistan universitetlərinin nümayəndələri iştirakçılara ali təhsil müəssisələrinin fəaliyyəti, tədris imkanları, tələbə mübadiləsi proqramları və elmi əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat təqdim etmiş müəyyən əməkdaşlıqlar həyata keçirmişdilər.
Tədbirin tərəfdaşlarından olan Crossmedia.az Analitik İnformasiya Portalı sərginin təşkilatçılıq işləri, məqsədi, hədəflərilə bağlı geniş təbliğat işləri həyata keçirmişdi. Sərginin işıqlandırılmasında saytın əməkdaşları ilə yanaşı könüllüləri də fəal iştirak etmişdilər.
Sərgidəki iştirakılarına, hazırladıqları keyfiyyətli reportaj, müsahibə, məqalə və süjetlərə görə bu gün könüllülərə redaksiyada "İngla School Baku"nun direktoru Lalə Nəsibovanın və Crossmedia.az saytının baş redaktoru Mübariz Göyüşlünün imzası olan sertifikatlar təqdim edib.
Sertifikatlar saytın baş redaktoru Mübariz Göyüşlü tərəfindən təqdim edilib və sonda xatirə şəkili çəkilib.
Ayhan Ağarzayev
17:14 31.05.2025
Oxunuş sayı: 3572