Azərbaycan və Almaniya Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev məlumat verib.
“Ölkəmizdə səfərdə olan Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdük. Görüşdə ölkəmizdən keçən nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhlizin inkişafı barədə fikir mübadiləsi apardıq. Eyni zamanda, alman logistika şirkətlərinin Orta Dəhlizin potensialından yararlanması imkanlarını müzakirə etdik”, - deyə nazir qeyd edib.
21:39 30.05.2025
Oxunuş sayı: 1098