Elektrik naqili oğurlayan şəxs saxlanılıb

Paytaxtın Nizami rayonu ərazisində yerləşən iaşə obyektlərinin birindən 500 manat dəyərində elektrik naqili oğurlanıb.
Crossmedia.az xəbər verir ki, Nizami 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 54 yaşlı Ş.Aslanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
12:44 26.05.2025
Oxunuş sayı: 1510