Paytaxtda silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az-a DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 8 tüfəng, 1 patron darağı və 34 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:43 23.05.2025
Oxunuş sayı: 646