Nazir: “Balıq ehtiyatlarının qorunması ekoloji və iqtisadi dayanıqlığın təminatıdır”




Balıq ehtiyatlarının düzgün idarə olunması, ov mövsümünün tənzimlənməsi, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi sahəsində atılan addımlar həm ətraf mühitin, həm də regionlarda iqtisadi fəaliyyətin davamlılığını təmin edir.
Crossmedia.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Biomüxtəliflik günü ilə əlaqədar nərə balıqlarının Xəzər dənizinə buraxılma tədbirində iştirak etdik. Su hövzələrində müxtəlif balıq növlərinin mövcudluğu yalnız ekoloji balansı deyil, həm də iqtisadi dayanıqlılığı təmin edir.
Biomüxtəlifliyin qorunması və davamlı idarə olunması hər birimizin məsuliyyətidir. Ekosistemlərin sağlamlığı və iqtisadi davamlılıq üçün biomüxtəlifliyin əhəmiyyətini dərk etmək və bu sahədə fəaliyyət göstərmək gələcək nəsillərin rifahı üçün vacibdir", - nazir bildirib.
19:04 22.05.2025
Oxunuş sayı: 393