Emin Əmrullayev "FIBA Mid-Term Congress 2025"də iştirak edir

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov Bəhreynin Manama şəhərində keçirilən "FIBA Mid-Term Congress 2025"də iştirak edirlər.
Bu barədə Crossmedia.az ABF-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Burada 160-dan çox milli federasiya rəsmiləri növbəti inkişaf mərhələlərini müzakirə edirlər.
Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.
Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.
12:59 16.05.2025
Oxunuş sayı: 1442