Ölkə çempionatında ilk qaliblər məlum olub

“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir. Artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur. Crossmedia.az xəbər verir ki, kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb.
“Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər. Yarışa mayın 17-də yekun vurulacaq.
13:10 15.05.2025
Oxunuş sayı: 703