Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Crossmedia.az bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
08:30 14.05.2025
Oxunuş sayı: 8220