Vətəndaşların bank kartlarından oğurluqlar davam edir

Vətəndaşların kartlarından oğurluq davam edir.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 12-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3500, 2000, 1457, 1000, 320, 180, 150, 93, 93, 39 manat və 31 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".
10:20 13.05.2025
Oxunuş sayı: 660