Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb

Həftəsonu qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 10-da və 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 qumbara, 3 alışdırıcı, 15 tüfəng, 23 patron darağı və 1510 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
12:59 12.05.2025
Oxunuş sayı: 932