Azərbaycanın iki velosipedçisi Özbəkistandakı turnirində medal qazanıb

Azərbaycanın iki velosipedçisi Özbəkistanda keçirilən "Silkway Namangan" beynəlxalq turnirində medal qazanıb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Artyom Proskuryakov (Skretç) və Viktoriya Sidorenko (Sprint qrup yarışı) bürünc mükafata sahib çıxıblar.
13:54 09.05.2025
Oxunuş sayı: 983