Rimas Kurtinaytis - “Məğlubiyyətimizə bəraət yoxdur”

Məğlubiyyətimizə bəraət yoxdur.
Crossmedia.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Neftçi"yə qarşı Azərbaycan Basketbol Liqasının final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis seriyanın dördüncü matçında məğlub olduqları qarşılaşmanı (66:84) şərh edib:
"Məğlubiyyətimizə bəraət yoxdur. Fiziki yorğunluq səbəb ola bilməz. Çünki rəqib də eyni şərtlər altında mübarizə aparır. Rəqib mobil oyun sərgilədi. Biz də isə heçnə alınmadı. Növbəti görüşün bazar günü keçirilməsi oyunçulara bir qədər istirahət verməyə şərait yaradır. Bu pley-offdur. Final seriyasında hər iki tərəf ən yaxşı matçını göstərməyə çalışır. Bizim kimi rəqib də hər qarşılaşmaya qələbə üçün çıxır. Seriyada ümumi hesab bərabərdir. Hər şey yenidən başlayır".
Qeyd edək ki, tərəflər arasında seriyada bərabərlik var - 2:2. Komandalar arasında növbəti - 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
22:02 08.05.2025
Oxunuş sayı: 725