İtkin düşən 51 yaşlı şəxs axtarılır

Sumqayıt şəhər sakini ruhi-əsəb xəstəxanasında qeydiyyatda olan 51 yaşlı Nəsimi Ağayev cari ilin aprel ayında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Crossmedia.az-a bu barədə DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin (018) 65 4-02-02, (018) 65 5-76-65 şəhər və (+994)50-384-84-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
12:15 08.05.2025
Oxunuş sayı: 643