“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.
Crossmedia.az "Report" istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, FIDE-nin VI prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
İlk olaraq mərasimdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Ardınca Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb:
"Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır. Bütün yaş kateqoriyalarında təmsilçilərimizin uğurları ilə fəxr edirik. Şahmat dövlətin qayğısı altındadır. Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".
Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparıb. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilib.
Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə daxildir.
20:00 06.05.2025
Oxunuş sayı: 593