Azərbaycanın güləş millisi Vladiqafqazda təlim-məşq toplanışına başlayıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.
Crossmedia.az Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, yığma mayın 19-dək Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesi keçəcək.
Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Elvin Mürsəliyevin rəhbərliyi altında Elmir Əliyev (55 kiloqram), Nihat Məmmədli, İlkin Qurbanov (hər ikisi 60 kiloqram), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kiloqram), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kiloqram), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kiloqram), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kiloqram), Qurban Qurbanov (82 kiloqram), İslam Abbasov (87 kiloqram), Arif Niftullayev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) yer alıb.
Qeyd edək ki, bərpa prosesi keçən milli üzvləri məşqçi Kamran Məmmədovun nəzarəti altında Bakıda məşqləri davam etdirəcək.
15:50 06.05.2025
Oxunuş sayı: 691