Azərbaycanlı boksçu növbəti dəfə İstanbulda qalib oldu

Azərbaycanlı idmançı Türkiyədə növbəti qələbəsini qazanıb
Crossmedia.az-ın aldığı məlumata görə, İstanbul şəhərində keçirilən "Oguz Dövüş Gecesi" boks turnirinə Türkiyə ilə yanaşı, Azərbaycan və İran idmançıları qatılıblar.
Təmsilçimiz Alişan İsmayılov (57 kq) türkiyəli Yusuf Nacara qalib gələrək turnirin qızıl medalına sahib çıxıb.
Xatırladaq ki, adıçəkilən idmançı bu ilin fevralinda İstanbulda keçirilən KBN kəməri uğrunda döyüşü də qələbə ilə tamamlamışdı.
18:20 02.05.2025
Oxunuş sayı: 820