Gənclər və idman naziri Fərid Qayıbov Yevlax və Mingəçevir sakinləri ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Yevlax və Mingəçevir şəhər sakinləri ilə görüşüb.
Crossmedia.az Nazirliyin mətbuat xidmətinə istinadən məlumat verilir ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Mingəçevir Gənclər Evində keçirilən tədbirdə vətəndaşları dinləyən Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
19:40 01.05.2025
Oxunuş sayı: 732