Beynəlxalq Rəqs Günü münasibətilə hesabat konserti keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə Beynəlxalq Rəqs Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında akademiyanın orta ixtisas təhsili pilləsinin buraxılış-hesabat konserti keçirilib.
Crossmedia.az xəbər verir ki , Konsertdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimaiyyət və mədəniyyət xadimləri, media nümayəndələri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında F.Şopenin “Polonez”, C.Cahangirovun liriq rəqsi “İlk Bahar”, M.Qotşalkın “Tarantella”, yunan rəqsi “Sirtaki”, xalq musiqisi “Şalı-Şalı”, V.Adıgözəlovun “Bayram süitası”, xalq musiqisi “Vağzalı”, B.Asafyevin “Baxçasaray fontanı” və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.
Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.
15:40 01.05.2025
Oxunuş sayı: 820