"Ingla School Baku”dan möhtəşəm addım - Özbəkistanın nüfuzlu universitetləri Bakıya gəlir

03 may 2025-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Ingla School Baku”nun təşkilatçılığı ilə Özbəkistan universitetlərinin sərgisi keçiriləcək. Tədbirin tərəfdaşları Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), Crossmedia.az Analitik İnformasiya Portalıdır.
Crossmedia.az xəbər verir ki, tədbir MEK-in Sərgi salonunda ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) keçiriləcək və saat 10:00-dan 17:00-a qədər qədər davam edəcək.
Qardaş Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən 40-dan çox nümayəndə heyətinin qatılmasıyla keçiriləcək sərgidə azərbaycanlı gənclər, tədbirə gələnlər bu ali məktəblərlə tanış olmaq, suallarına cavab almaq imkanı qazanacaqlar.
Sərgidə bakalavr, magistr və doktorantura proqramları, tibb, mühəndislik, İT və digər tələbatlı ixtisaslar, universitet nümayəndələri ilə birbaşa görüş, təqaüd imkanları, təhsil imkanları və qəbul şərtləri haqqında geniş məlumat əldə etmək mümkün olacaq.
Qeydiyyat mütləqdir və aşağıdakı linkdən istifadə etmək xahiş olunur:
https://forms.gle/je7AApir7tbk7Bph6
Qeyd edək ki, sərginin informasiya dəstəkçisi Crossmedia.az Analitik İnformasiya Portalıdır.
09:18 30.04.2025
Oxunuş sayı: 1880