Ekspert: "Cənubi Qafqazda yeni müharibə mümkündür"

"Ermənistan tərəfindən hərbi təxribatlar və gərginlik fonunda yeni müharibə hər zaman mümkündür. Bugünkü gənc ermənilər üçün Qarabağ artıq Azərbaycanın qaytardığı deyil, itirilmiş ərazi kimi qəbul olunur".
Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində qazaxıstanlı politoloq Talqat Kuliyev deyib: "Ermənistan tərəfindən hərbi təxribatlar və gərginlik fonunda yeni müharibə hər zaman mümkündür. Təəssüf ki, bu münaqişə uzun müddətdir davam edir və bu qarşıdurma şəraitində hər iki tərəfdə aqressiv ritorika ilə formalaşmış gənc nəsillər yetişib. Bu səbəbdən, bugünkü gənc ermənilər üçün Qarabağ artıq Azərbaycanın qaytardığı deyil, itirilmiş ərazi kimi qəbul olunur. Onlar Ermənistanın Qarabağı nəzarətdə saxladığı dövrdə böyüyüblər. Buna görə də, sülh sazişi imzalanmayana və bu prosesə aydın zəmanətlər verilməyənə qədər eskalasiya və müharibə təəssüf ki, mümkün olaraq qalır".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/27805
16:45 24.04.2025
Oxunuş sayı: 958