BVF Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın növbəti iki il ərzində tədricən artacağını gözləyir.
Crossmedia.az xəbər verir ki, son proqnoza əsasən, ölkədə istehlak qiymətləri indeksi (İQİ) 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə 4,5 faiz təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə inflyasiya 2,2 faiz səviyyəsində qiymətləndirilir.
Milli statistika da bahalaşmadan xəbər verir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artıb.
Qiymət artımı bütün əsas kateqoriyalar üzrə qeydə alınıb: ərzaq məhsulları, içkilər və tütün məmulatları 5,7 faiz, qeyri-ərzaq məhsulları 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 7,4 faiz bahalaşıb.
18:30 22.04.2025
Oxunuş sayı: 764