Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib


Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Crossmedia.az xəbər verir ki, açılış mərasimində çıxış edən AAF-nin prezidenti Cavid Qurbanov və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva atletikanın inkişafı üçün aparılan işlərdən danışaraq hazırlanan yeni proqramların bu istiqamətdə müsbət nəticələr verəcəyinə inandıqlarını bildiriblər. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Ordubaddan olan 100 atlet mübarizə aparıb. Kişilər arasında 10 km məsafəyə qaçışda Ordubad idmançısı Əmrah Nağıyev ölkə çempionu adını qazanıb. 6 km məsafədə Gəncədən olan atlet Ümid İbrahimov, 3 və 2 km məsafələrdə isə müvafiq olaraq İsgəndər Əsgərov və Namiq Babayev qalib olublar. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub. 4 km məsafədə İsmayıllı təmsilçisi Zəhra Şirəliyeva, 2 km məsafədə Azəri Məmmədli, 1 km məsafədə isə Gülçin Nağıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib.
Crossmedia.az xəbər verir ki, açılış mərasimində çıxış edən AAF-nin prezidenti Cavid Qurbanov və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva atletikanın inkişafı üçün aparılan işlərdən danışaraq hazırlanan yeni proqramların bu istiqamətdə müsbət nəticələr verəcəyinə inandıqlarını bildiriblər.
Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Ordubaddan olan 100 atlet mübarizə aparıb. Kişilər arasında 10 km məsafəyə qaçışda Ordubad idmançısı Əmrah Nağıyev ölkə çempionu adını qazanıb. 6 km məsafədə Gəncədən olan atlet Ümid İbrahimov, 3 və 2 km məsafələrdə isə müvafiq olaraq İsgəndər Əsgərov və Namiq Babayev qalib olublar.
Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub. 4 km məsafədə İsmayıllı təmsilçisi Zəhra Şirəliyeva, 2 km məsafədə Azəri Məmmədli, 1 km məsafədə isə Gülçin Nağıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
16:19 20.04.2025
Oxunuş sayı: 559