Zaqatalada körpə doğuş zamanı ölüb

Aprelin 20-də saat 08:50 radələrində 1992-ci il təvəllüdlü, Muxax kənd sakini 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
"Baş gəlişi, uşaqlıqda çapıq, idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb, cinsi oğlan, çəkisi 2.700 qram, boyu 50 sm. olan ölü döl xaric olunub", - deyə qeyd olunub.
Bildirilib ki, hazırda ananın vəziyyəti stabildir.
14:22 20.04.2025
Oxunuş sayı: 588