Güclü sel ölümə səbəb oldu

Ağsuda güclü sel ekskavatoru aşırıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.
Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində ölüb. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
14:21 16.04.2025
Oxunuş sayı: 1563