Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb

Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb.
Bu barədə Crossmedia.az xəbər verir ki , Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.
"Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-ə yüksəlib, sahilboyu ərazilərdə dalğaların hündürlüyü 3 metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib", - o bildirib.
Xatırladaq ki, bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur, gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir.
Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir.
10:46 16.04.2025
Oxunuş sayı: 1055