Bakıda uşaq bağçasında yanğın olub

Bakıda 332 nömrəli körpələr evi-uşaq bağçasında məhdud hissədə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.
Qeyd olunub ki, bağçadakı uşaqların və işçilərin, həmçinin yaxın ərazidə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
10:23 16.04.2025
Oxunuş sayı: 994