"Azneft"in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə "Azneft"dən bildiriblər.
"Belə ki, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır", - deyə istehsalat birliyindən bildiriblər. (trend)
09:50 15.04.2025
Oxunuş sayı: 1536