Paytaxt sakini silah-sursatını könüllü olaraq polisə təhvil verib

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Crossmedia.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbir nəticəsində 34 yaşlı paytaxt sakini 1 avtomat silahı və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
13:00 12.04.2025
Oxunuş sayı: 1340