UFC Fight Night ilk dəfə Bakıda keçiriləcək



21 iyun 2025-ci il tarixində Bakının Baku Crystal Hall arenası UFC Fight Night turnirinə ev sahibliyi edəcək. Turnir UFC, Azərbaycan Gənclər və İdman Nazirliyi, həmçinin Baku City Circuit Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunacaq.
Crossmedia.az Reuters agentliyinə istinadla xəbər verir ki, Gecənin əsas döyüşü UFC-nin yarım-ağır çəki dərəcəsində keçmiş çempionu Jamal Hill və amerikalı döyüşçü Khalil Rountree Jr. arasında baş tutacaq.
Tədbirin təşkili ilə bağlı razılaşma UFC prezidenti Dana White və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən ABŞ-ın Mayami şəhərində imzalanıb.
Dana White açıqlamasında bildirib:
“Azərbaycan və Bakı beynəlxalq idman tədbirləri keçirməkdə zəngin təcrübəyə malikdir. Bu regiondan UFC-də çoxlu istedadlı döyüşçülər var. Bakıda keçiriləcək ilk UFC tədbirini səbirsizliklə gözləyirəm.”
Nigar Rəhimova
11:48 12.04.2025
Oxunuş sayı: 2359