Paytaxt sakini silah-sursatını könüllü olaraq polisə təhvil verib

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Crossmedia.az-a Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbir nəticəsində 38 yaşlı paytaxt sakini 1 avtomat silahı və 1 patron darağını könüllü olaraq polisə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
14:16 11.04.2025
Oxunuş sayı: 1493