Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın yeniyetmə atleti İsa Əliyev Özbəkistanın Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə “Uzbekistan Open” açıq turnirində uğurla çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağırlıqqaldırma Federasiyasından bildirilib. 73 kiloqram çəki dərəcəsində yarışan idman birdən qaldırma hərəkətində 122 kiloqram nəticə göstərərək gümüş medal qazanıb. Təkanla qaldırmada isə 136 kiloqram ağırlığı başı üzərinə qaldıran atlet toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.
18:46 09.04.2025
Oxunuş sayı: 1593