Qadını şantaj edən şəxs saxlanılıb

Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Sumqayıtda fotoları ilə şantaj olunan qadını son anda polis qoruyub. Təhlükəli əməl o həddə çatıb ki, 26 yaşlı N.Kərimov 39 yaşlı qadının sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müəyyən miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib.
Ancaq qadının ondan tələb etdikcə pul verdiyini görən şəxs məbləğləri artırmağa başlayıb, dayanmayıb.
Həmin şəxs polis tərəfindən saxlanılıb.
15:17 09.04.2025
Oxunuş sayı: 1607