Rusiyanın hücumu nəticəsində azı 11 nəfər ölüb, 30 nəfər yaralanıb

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Dobropillya şəhərinə endirdiyi kaset bombası hücumu nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, ilkin hücumdan sonra ikinci "Shahed" kamikadze dronu şəhərə zərbə endirərək ilk yardım göstərənləri və yanğınsöndürənləri hədəf alıb.
Xumar Əhmədova
15:45 08.03.2025
Oxunuş sayı: 3891