Göygöldə yük maşını evin hasarına çırpılıb, xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hərəkətdə olan "SHACMAN" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Qəza zamanı yük maşını aşıb, yük yerində olan torqaq əraziyə dağılıb. Həmçinin, evin hasarı uçub. Yük maşının evin hasarına çırpılması zamanı 1 nəfər yüngül xəsarət alıb.
İlkin məlumata görə, qəzaya səbəb sürücün sərt döngədə düzgün manevir etməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
13:51 08.03.2025
Oxunuş sayı: 3886