Cinayət törətməkdə şübhəli bilinənlər saxlanılıb

Crossmedia.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat paylaşıb.
- Martın 4-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 83 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
09:36 05.03.2025
Oxunuş sayı: 3195