Cinayət törətməkdə şübhəli bilinənlər saxlanılıb

Crossmedia.az-ın məlumatına görə, martın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
10:29 03.03.2025
Oxunuş sayı: 2668