AQTA: Rusiyadan idxal olunan toyuq əti məhsulunda uyğunsuzluq aşkarlanıb

“Qurman Plyus” MMC-nin Rusiyadan idxal etdiyi “Okoroçok Klassiçeskiy” və “Bud Dibi Halal” əmtəə nişanlı dondurulmuş toyuq məhsulu partiyalarından götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella aşkarlanıb.
Crossmedia.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata istinadən xəbər verir. Bildirilib ki, faktla bağlı ümumi çəkisi 2035,99 kq olan 155 ədəd qablaşdırmada toyuq budu və ümumi çəkisi 2882 kq olan 262 ədəd qablaşdırmada toyuğun bud dibi məhv edilib.
09:38 03.03.2025
Oxunuş sayı: 2487