İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapılıb

İsmayıllıda 18 yaşlı oğlan mənzildə ölü tapılıb.
Crossmedia.az xəbər verir ki, İsmayıllı şəhərində kirayə götürdüyü mənzildə yaşayan Ağdam rayon sakini 2007-ci il təvəllüd Əliyev Rahib Elnur oğlu evin hamam otağında ölü aşkarlanıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
20:13 02.03.2025
Oxunuş sayı: 3887