Qarlı havada 179 nəfər xəsarət alıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 89-u qadın, 90-ı kişi olmaqla, 179 nəfərin müraciəti qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBIB məlumat yayıb.
"Onlardan 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub", - məlumatda qeyd edilib.
09:47 24.02.2025
Oxunuş sayı: 2491