Təcili yardım maşını yolda qaldı

Cəlilabad-Yardımlı yolunun Cəlilabad rayonundan keçən hissəsində aramsız yağan qar səbəbindən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Crossmedia.az xəbər verir ki, xüsusən də rayonun Abadzallı kəndindən keçən hissədə yolun kəskin dolayında demək olar avtomobillərin hərəkəti dayanıb.
Bildirilib ki, çağırışdan qayıdan təcili yardım maşını da yolda qalıb.
15:58 23.02.2025
Oxunuş sayı: 4663