Rusiya daha bir qəsəbəni ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi, Luqansk vilayətindəki Novolyubovka qəsəbəsini azad etdiklərini açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukraynadakı döyüşlərdə ciddi irəliləyişlər əldə edib.
Həmçinin, müharibə başlayandan bu yana 32 mindən çox xüsusi hərbi maşın və digər hərbi texnika məhv edilib.
Rusiya ordusunun Cənub Hərbi Qrupu, həmçinin 6 yeni qəsəbəni ələ keçirərək irəliləyib. Baş Qərargah rəisi Valeri Gerasimov, Ukrayna cəbhəsindəki vəziyyəti yerində izləyib və cəbhədəki uğurlarını qiymətləndirib.
02:58 23.02.2025
Oxunuş sayı: 3416