Erməni ekspert: Ermənistanı Aİ-yə qəbul etməyəcəklər

Avropa özünü ayağından vurub, Ermənistanı Aİ-yə qəbul etməyəcəklər. Tramp hazırda Cənubi Qafqazla maraqlanmır.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri “APRI Armenia” araşdırma mərkəzinin baş eksperti Beniamin Poğosyan deyib.
”Yaxın vaxtlarda Ermənistanda parlament seçkiləri keçiriləcək. Ölkədaxili sosial mövzular gündəmdə olacaq, eyni zamanda xarici siyasi məsələlər də müzakirə olunacaq, burada böyük itkilərimiz var. Hakim “Vətəndaş Müqaviləsi” partiyası və Nikol Paşinyan təbii olaraq seçkilərdə iştirak etmək istəmir. Onlar xalqa deyəcəklər ki, bəli, xarici siyasətdə böyük uğursuzluqlarımız olub, amma bu qədər asfalt çəkmişik və s. Seçkilər ərəfəsində insanlara bildirəcəklər ki, Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması prosesinə başlamışıq. Deyəcəklər ki, Aİ-yə üzvlük təbii olaraq 60 il çəkəcək, amma biz artıq ilk addımı atmışıq. Bu, onların seçki şüarı olacaq”, - deyə o bildirib.
Nəzrin Salmanova
17:55 22.02.2025
Oxunuş sayı: 8992