Aİ Ukraynaya 20 milyard avroluq yardım paketi hazırlayır

Avropa İttifaqı (Aİ) Ukraynaya təxminən 20 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Qeyd edək ki, bura artilleriya sursatları, hava hücumundan müdafiə sistemləri, yüksək dəqiqlikli zərbə raketləri, pilotsuz uçuş aparatları və digər silahların da daxil olacağı dəqiqləşib. Həmçinin, təşəbbüs Ukrayna hərbi briqadalarına dəstək məqsədi daşıyacaq.
Nəzrin Salmanova
17:47 22.02.2025
Oxunuş sayı: 9286