İsveç rusiyalı aktivisti deportasiya edir

İsveç Miqrasiya Agentliyi rusiyalı aktivist Darya Rudnevanı milli təhlükəsizlik riski kimi dəyərləndirərək ölkədən çıxarmaq qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə MKRU məlumat yayıb.
Məlumata görə, D.Rudneva bu ittihamları əsassız sayıb və yalnız nəzəri elmi araşdırmalar apardığını bildirib.
Qeyd edək ki, İsveç hakimiyyəti ona 20 il müddətinə Şengen zonasına giriş qadağası qoyub.
Fatimə Məmmədova
17:35 22.02.2025
Oxunuş sayı: 3398